Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayev Kral Salman Humanitar Yardım və Humanitar Əməliyyatlar Mərkəzinin (KSRelief) rəhbərlərindən biri olan Abdullah əl-Rəbiyə ilə görüşərək mərkəzin Azərbaycanda həyata keçirdiyi proqramlarla bağlı müzakirə aparıb.
"Report" "ArabNews"a istinadən xəbər verir ki, səfir "KSRelief" tərəfindən görülən işlərdə peşəkarlıq səviyyəsini yüksək qiymətləndirib.
Bildirilib ki, son illərdə Səudiyyə Ərəbistanı Azərbaycanda bir sıra humanitar layihələrin həyata keçirilməsi, o cümlədən mənzil, humanitar logistika, təhsilin dəstəklənməsi və su təchizatı sisteminin və sanitar sistemin bərpası üçün 100 milyon dollardan çox vəsait ayırıb.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı