Azərbaycan səfirliyinin nümayəndələri Moskva Çoxfunksional Miqrasiya Mərkəzini ziyarət ediblər

Azərbaycan səfirliyinin nümayəndələri Moskva Çoxfunksional Miqrasiya Mərkəzini ziyarət ediblər Mərkəzdə vətəndaşları Rusiya paytaxtına qazanc əldə etmək üçün gələn dövlətlər ilə əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər
Xarici siyasət
5 Dekabr , 2016 10:53
Azərbaycan səfirliyinin nümayəndələri Moskva Çoxfunksional Miqrasiya Mərkəzini ziyarət ediblər

Bakı. 5 dekabr. REPORT.AZ/ Azərbaycanın Rusiyadakı səfirliyinin nümayəndələri Rövşən Axundov və Toğrul Məmmədov Moskva Çoxfunksional Miqrasiya Mərkəzini ziyarət ediblər.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, Mərkəzin baş direktoru Nikolay Fedoseyev qonaqlara qeydiyyat, tibbi müayinə, Rusiya tarixi vı rus dilinin biliklərinin yoxlanılması və digər prosedurların aparıldığı zonaları göstərib. 

N.Fedoseyev qeyd edib ki, Moskva rəhbərliyi vətəndaşları Rusiya paytaxtına qazanc əldə etmək üçün gələn dövlətlər ilə əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər.

Tərəflər əməkdaşlığın qurulması məqsədilə diplomatik nümayəndəliyinin Moskva Çoxfunksional Miqrasiya Mərkəzi haqqında məlumatı Azərbaycan Dövlət Miqrasiya Xidmətinə göndərəciyinə dair razılıq əldə ediblər. 

Bununla yanaşı gələn il Azərbaycanın aparıcı kütləvi informasiya vasitələri nümayəndələrinin Mərkəzə press-turunun təşkil olunması planlaşdırılır. 

Son xəbərlər

Orphus sistemi