Yuxarı
    Bağlamaq

    Azərbaycan səfirliyinin əməkdaşları Tbilisidə Heydər Əliyevin abidəsini ziyarət ediblər

    Səfir Azərbaycan Prezidenti İlham Əliyevin Ulu Öndərin siyasi kursunu ləyaqətlə davam etdirdiyini vurğulayıb

    Tbilisi. 31 dekabr. REPORT.AZ/ Azərbaycanın Gürcüstanda yeni təyin olunmuş səfiri Dursun Həsənov, səfirliyin və konsulluğun əməkdaşları dekabrın 31-də Tbilisinin mərkəzindəki Heydər Əliyev parkında Ulu Öndərin abidəsini ziyarət ediblər.

    “Report”un Gürcüstan bürosu xəbər verir ki, diplomatlar, dünya azərbaycanlılarının birliyinin banisi Heydər Əliyevə ehtiramlarını bildiriblər.

    Səfir Dursun Həsənov jurnalistlərə müsahibəsində deyib ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bayramının təsis olunması məhz Ümummilli Liderin adı ilə bağlıdır. Məhz dünya miqyaslı siyasi xadimin gərgin əməyi, uzaqgörən siyasəti nəticəsində dünya azərbaycanlılarının vahid vətənpərvərlik ideologiyası ətrafında birliyi təmin olundu. Gürcüstanda yaşayan azərbaycanlılar da Azərbaycan ilə Gürcüstan arasında əlaqələrin dərinləşməsi, dostluğumuzun möhkəmlənməsi istiqamətindəki xidmətlərini yaxşı xatırlayırlar.

    Səfir Azərbaycan Prezidenti İlham Əliyevin Ulu Öndərin siyasi kursunu ləyaqətlə davam etdirdiyini xüsusi qeyd edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi