Yuxarı
    Bağlamaq

    Azərbaycan səfiri Yaponiyanın baş nazirinin kabinetinin baş katibi ilə görüşüb

    Görüşdə tərəflər ikitərəfli əlaqələri, müxtəlif sahələrdə əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə ediblər

    Bakı. 14 dekabr. REPORT.AZ/ Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə Yaponiyanın baş nazirinin kabinetinin baş katibi Yoşihide Suqoy ilə görüşüb.

    Bu barədə "Report"a Azərbaycanın Yaponiyadakı səfirliyindən məlumat verilib.

    Görüşdə tərəflər ikitərəfli əlaqələri, müxtəlif sahələrdə əməkdaşlığın gücləndirilməsi məsələlərini, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

    Bundan əlavə, G.İsmayılzadə Yaponiya İcmalar Palatasının üzvü Nobuyuki Baba ilə görüşüb. Görüşdə səfir deputatla iki ölkə arasında parlamentlərarası əlaqələrin inkişaf etdirilməsi yollarını müzakirə edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi