Bakı. 4 iyul. REPORT.AZ/ Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov TÜRKSOY-un medalı ilə təltif edilib.
Səfirlikdən "Report"a verilən məlumata görə, medal təşkilatın qarşıdan gələn 25 illik yubileyinə həsr olunub.
Səfirə medalı TÜRKSOY-un baş katibi Düsen Kaseinov təqdim edib.
R.Məmmədova medal Azərbaycan və bu təşkilat arasında əlaqələrin inkişafına verdiyi töhfələrə görə verilib.
