Azərbaycan səfiri Tbilisi meri ilə birgə ağac əkib

Azərbaycan səfiri Tbilisi meri ilə birgə ağac əkib Gürcüstanın paytaxtı Tbilisi şəhərində Tbilisi dənizi adlandırılan gölün yaxınlığında ağacəkmə kampaniyası keçirilib.
Xarici siyasət
23 May , 2019 11:48
Azərbaycan səfiri Tbilisi meri ilə birgə ağac əkib

Gürcüstanın paytaxtı Tbilisi şəhərində "Tbilisi dənizi adlandırılan gölün" yaxınlığında ağacəkmə kampaniyası keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, kampaniyada Tbilisi meri Kaxa Kaladze, onun müavini Maya Bitadze də iştirak edib.

Aksiyaya diplomatik korpusun nümayəndələri, idmançılar, əsgərlər, gənclər və yerli idarəetmə orqanlarının əməkdaşları da qatılıblar.

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov K.Kaladze ilə birgə ağac əkib.

K.Kaladze Tbilisinin yaşıllaşdırılmasına dəstək göstərən hər kəsə təşəkkürünü bildirib.

Kampaniya çərçivəsində 2 minə yaxın şamağacı əkilib. 

Son xəbərlər

Orphus sistemi