Azərbaycan səfiri Rusiya XİN başçısına təşəkkür məktubu göndərib

Azərbaycan səfiri Rusiya XİN başçısına təşəkkür məktubu göndərib Zaxarova: "Məktubda Rusiya XİN-in təşəbbüsünün dərin hörmətə layiq olduğu və bütün diplomatik korpuslar tərəfindən yüksək qiymətləndirildiyi vurğulanır"
Xarici siyasət
12 Mart , 2021 13:10
Azərbaycan səfiri Rusiya XİN başçısına təşəkkür məktubu göndərib

“Rusiya pandemiya ilə mübarizəyə böyük töhfə verir. Səfirlik əməkdaşlarına və onların ailə üzvlərinə pulsuz peyvəndləmə imkanı yaradılıb. Bunu diplomatik iş qaydalarına əsasən, müvafiq beynəlxalq sənədlər əsasında edirik”.

“Report”un Rusiya bürosunun verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə deyib.

Bununla əlaqədar Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiyanın xarici işlər naziri Sergey Lavrova təşəkkür məktubu göndərib.

M.Zaxarovanın qeyd etdiyi kimi, bu məktubda Rusiya XİN-in təşəbbüsünün dərin hörmətə layiq olduğu və bütün diplomatik korpuslar tərəfindən yüksək qiymətləndirildiyi vurğulanır.

Son xəbərlər

Orphus sistemi