Azərbaycan səfiri Pakistanın xaricdə yaşayan pakistanlılarla iş və insan resurslarının inkişafı naziri ilə görüşüb

Azərbaycan səfiri Pakistanın xaricdə yaşayan pakistanlılarla iş və insan resurslarının inkişafı naziri ilə görüşüb Görüşdə insan resurslarının inkişafı, əmək və məşğullluq sahəsində müqavilə-hüquq bazasının yaradılması ilə bağlı müzakirələr aparılıb
Xarici siyasət
4 Avqust , 2016 18:49
Azərbaycan səfiri Pakistanın xaricdə yaşayan pakistanlılarla iş və insan resurslarının inkişafı naziri ilə görüşüb

Bakı. 4 avqust. REPORT.AZ/ Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin xaricdə yaşayan pakistanlılarla iş və insan resurslarının inkişafı naziri Pir Seyid Sadaruddin Şah Rəşidi ilə görüşüb.

Səfirlikdən "Report"a verilən məlumata görə, görüşdə Azərbaycanla Pakistan arasında mövcud olan dostluq və qardaşlıq əlaqələrin yaratdığı imkanlar, hər iki ölkənin bir-birinə verdiyi dəstək, mədəni, dini bağlılıqlar, mənəvi dəyərlər, Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Pakistanın müxtəlif bölgələrində həyata keçirilən hümanitar və sosial yönümlü layihələr haqqında söhbət açılıb. Qarşılıqlı əməkdaşlığın davam etdirilməsi məqsədilə insan resurslarının inkişafı, əmək və məşğullluq sahəsində müqavilə-hüquq bazasının yaradılması ilə bağlı müzakirələr aparılıb.

Nazir Pir Seyid Sadaruddin Şah Rəşidi, əmək, məşğuluq, vətəndaşların sosial müdafiəsi, əməkçi miqrantların hüquqların müdafiəsi sahəsində Pakistan İslam Respublikasının Xaricdə Yaşayan Pakistanlılarla İş və İnsan Resurslarınım İnkişafı Nazirliyinin fəaliyyəti haqqında məlumat verərək, Azərbaycanın müvafiq qurumları ilə fəal əlaqələrin daha da artırılması və təcrübə mübadiləsinin həyata keçirilməsində maraqlı olduqlarını bildirib. 

Son xəbərlər

Orphus sistemi