Azərbaycan səfiri Pakistanın Sind əyalətinin baş naziri ilə görüşüb

Azərbaycan səfiri Pakistanın Sind əyalətinin baş naziri ilə görüşüb Bakı. 16 noyabr. REPORT.AZ/ Azərbaycanın Pakistandakı fövqəladə və səlahiyyətli səfiri Əli Əlizadə bu ölkənin Sind əyalətinin baş naziri Seyid Murad Əli Şah ilə görüşüb.
Xarici siyasət
16 Noyabr , 2017 12:00
Azərbaycan səfiri Pakistanın Sind əyalətinin baş naziri ilə görüşüb

Bakı. 16 noyabr. REPORT.AZ/ Azərbaycanın Pakistandakı fövqəladə və səlahiyyətli səfiri Əli Əlizadə bu ölkənin Sind əyalətinin baş naziri Seyid Murad Əli Şah ilə görüşüb.

Səfirlikdən "Report"a verilən məlumata görə, diplomat iki ölkə arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin eyni zamanda hər iki ölkənin əyalətlərinə də sirayət etdiyini və bu əlaqələrin inkişafının zəruri olduğunu bildirib.

Rəsmi Bakı ilə İslamabadın bir-birinə göstərdiyi dəstəyin önəmini vurğulayan Ə.Əlizadə 2011-ci ildə Pakistanda, o cümlədən Sind Əyalətində baş vermiş sel daşqınları zamanı da Azərbaycanın Pakistanın yanında olduğunu və öz qardaşlıq köməyini göstərdiyini bildirib.  Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti xanım Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın müxtəlif əyalətlərində həyata keçirilən humanitar sosial yönümlü layihələr haqqında məlumat verən səfir bu cür layihələrin xalqlarımız arasında dostluq və qardaşlıq tellərini daha da möhkəmləndirdiyini qeyd edib. 

Cari ilin noyabr ayının 9-dan 12-dək Karaçidə keçirilən iqtisadi-ticari sərgidə azərbaycanlı iş adamlarının da iştirak etdiyini bildirən Ə.Əlizadə Azərbaycanda xarici investorlar üçün yaradılan münbit şərait, güzəştlər haqqında məlumat verib, Pakistanın Sind əyaləti ilə də iqtisadi-ticari əlaqələrin genişləndirilməsində iş adamlarının geniş imkanlarının olduğunu qeyd edib.

Sind Əyalətinin baş naziri Seyid Murad Əli Şah Azərbaycan-Pakistan əlaqələrinin inkişafının sevindirici olduğunu bildirərək, Sind Əyalətinin də Azərbaycanla əməkdaşlığa hazır olduğunu diqqətə çatdırıb, əlaqələrin inkişafı üçün əyalətin imkanları haqqında məlumat verərək azərbaycanlı iş adamlarını əyalətdə həyata keçirilən iqtisadi-ticari, xüsusən alternativ enerji layihələrində iştirak etməyə dəvət edib.

Səfir Ə.Əlizadə Sind əyalətinə səfəri zamanı həmçinin Karaçi şəhərinin meri Vasim Axtar, Türkiyənin Karaçi şəhərindəki baş konsulu Murat Mustafa Onart, Pakistan Herald Publications Limited Şirkətinin və "Dawn Qəzətlər Qrupu"nun rəhbəri Həmid Harunla da bir sıra görüşlər keçirib.

Son xəbərlər

Orphus sistemi