Yuxarı
    Bağlamaq

    Azərbaycan səfiri Pakistanın neft və təbii ehtiyatlar naziri ilə görüşüb

    Görüşdə enerji və nəqliyyat sahəsində əməkdaşlığın inkişafı, müqavilə-hüquq bazasının artırılması məsələləri müzakirə olunub

    Bakı. 25 yanvar. REPORT.AZ/ Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə Pakistan-Azərbaycan birgə Hökumətlərarası Komissiyanın həmsədri, neft və təbii ehtiyatlar naziri Şahid Xaqan Abbasi ilə görüşüb.

    Azərbaycanın Pakistandakı səfirliyindən “Report”a verilən məlumata görə, görüşdə iki ölkə arasında münasibətlərinin daha da inkişafından, ötən ilin sonunda Pakistan baş nazirinin Azərbaycana səfərindən məmnunluq ifadə olunub.

    Səfir digər sahələrlə yanaşı iqtisadi və ticari əlaqələrin daha da artırılması istiqamətində də işlərin davam etdirildiyini, ölkə rəhbərliyinin tapşırıqları əsasında yaxın aylarda Azərbaycandan Pakistana iqtisadi heyətin səfər etməsinin nəzərdə tutulduğunu bildirib.

    Görüşdə, həmçinin enerji və nəqliyyat sahəsində əməkdaşlığın inkişafı, müqavilə-hüquq bazasının artırılması, iki ölkə arasındakı ticarət dövriyyəsinin daha da yüksəlməsinə səylərin göstərilməsi, birgə hökumətlərarası komissiyanın iclaslarının nəticələrindən irəli gələn məsələlərin icrası, qarşılıqlı səfərlərin həyata keçirilməsi istiqamətində də müzakirələr aparılıb.

    Ş.X.Abbasi Pakistanın Azərbaycanla əlaqələrin daha da inkişafında maraqlı olduğunu və bu istiqamətdə birgə Hökumətlərarası Komissiyasının da öz səylərini daha da artırdığını vurğulayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi