Azərbaycan səfiri Malayziya parlamentinin sədr müavini ilə görüşüb

Azərbaycan səfiri Malayziya parlamentinin sədr müavini ilə görüşüb Görüşdə tərəflər iki ölkənin qanunverici orqanları arasında əlaqələrin cari vəziyyətini və inkişaf perspektivlərini müzakirə ediblər
Xarici siyasət
2 Avqust , 2017 11:38
Azərbaycan səfiri Malayziya parlamentinin sədr müavini ilə görüşüb
Embassy of Azerbaijan in Malaysia

Bakı. 2 avqust. REPORT.AZ/ Azərbaycanın Malayziyadakı səfiri Qaley Allahverdiyev Malayzia parlamentinin sədr müavini Ronald Kiandi (Ronald Kiandee) ilə görüş keçirib.

"Report" Malayziya parlamentinə istinadən xəbər verir ki, görüşdə tərəflər iki ölkənin qanunverici orqanları arasında əlaqələrin cari vəziyyətini və inkişaf perspektivlərini müzakirə ediblər.

Bundan əlavə, səfir və parlamentin vitse-spikeri qarşılıqlı maraq doğuran digər məsələlər ətarfında müzakirə aparıblar.

Son xəbərlər

Orphus sistemi