Azərbaycan səfiri Hindistan Prezidentinə etimadnaməsini təqdim edib
- 05 yanvar, 2024
- 20:12
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın Hindistandakı səfiri Elçin Hüseynli Hindistan Prezidenti Draupadi Murmaya etimadnamə təqdim edib.
“Report” xəbər verir ki, bu barədə diplomat sosial şəbəkədə paylaşım edib.
“Bu gün Hindistanın möhtərəm Prezidenti Draupadi Murmaya etimadnamə məktubunu təqdim etmək şərəfinə nail oldum. Azərbaycanın Hindistandakı səfiri kimi ölkəmə xidmət etməkdən və qarşılıqlı əlaqələrin inkişafı üzərində çalışmaqdan şərəf duyuram!”, - səfir qeyd edib.
I've had the honor to present today my Letter of Credence to H.E. Droupadi Murmu, Hon'ble President of India. Proud and privileged to serve my country as Ambassador to , and to work for advancing our relations!@AzerbaijanMFA @AzEmbassyIndia @rashtrapatibhvn @SanjayVermalFS pic.twitter.com/Itl9RD6Zfg
— Elchin Huseynli (@ElchinNHuseynli) January 5, 2024