Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov Gürcüstanın İlya Dövlət Universitetinin rektoru Qiqa Zedania ilə görüşüb.
Bu barədə “Report”a Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.
Tərəflər İlya Dövlət Universitetində təhsil alan azərbaycanlı tələbələrin təhsili, eləcə də bu ali məktəbin Azərbaycanın ali məktəbləri ilə əməkdaşlığını nəzərdən keçiriblər.
D.Həsənov Azərbaycan və Gürcüstan arasında təhsil sahəsində sıx əməkdaşlıq əlaqələrinin olduğunu bildirib. O, Gürcüstanda tədrisi Azərbaycan dilində aparılan 100-dən çox məktəbin fəaliyyət gsötərdiyini və ölkədə yaşayan soydaşlarımızın təhsil sahəsində üzləşdiyi problemlərin daim diqqətdə saxlanıldğını qeyd edib. Səfir Gürcüstandakı Azərbaycandilli məktəblərin vəziyyəti və kadr çatışmazlığı məsələsinin diqqət mərkəzində saxlanıldğını bildirərək bu sahədə İlya Dövlət Universiteti ilə əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Q.Zedania, öz növbəsində, son illər Gürcüstanda təhsil sahəsində həyata keçirilən islahatlar və milli azlıqlar üçün nəzrədə tutulan “1+4” proqamı barədə danışıb. Onun sözlərinə görə, bu proqramın tətbiqindən sonra İlya Dövlət Universitetində təhsil alan azərbaycanlı gənclərin sayı xeyli artıb.
Rektor
Q.Zedania rəhbərlik etdiyi ali məktəbin Azərbaycan universitetləri ilə sıx əməkdaşlığın qurulmasında maraqlı olduğunu qeyd edib.
