Azərbaycan səfiri Gürcüstanın Azərbaycandilli məktəbinə baş çəkib

Azərbaycan səfiri Gürcüstanın Azərbaycandilli məktəbinə baş çəkib Gürcüstanın Marneuli rayonunun Sadaxlı kəndində 2 saylı ictimai məktəb daxili imkanlar hesabına təmir olunub.
Xarici siyasət
16 Sentyabr , 2019 10:37
Azərbaycan səfiri Gürcüstanın Azərbaycandilli məktəbinə baş çəkib

Gürcüstanın Marneuli rayonunun Sadaxlı kəndində 2 saylı ictimai məktəb daxili imkanlar hesabına təmir olunub.

"Report"un yerli bürosu xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov yeni dərs ilinin başlanması münasibətilə Azərbaycandilli məktəbə baş çəkib.

Məktəbin direktoru Adil Şərifov bildirib ki, bina 1968-ci ildə inşa olunub.

O deyib ki, iki növbəli məktəbdə 900-ə yaxın şagird təhsil alır, 80 müəllim çalışır.

Direktor bildirib ki, yeni dərs ili ərəfəsində məktəb daxili imkanlar hesabına kosmetik təmir olunub. O, səfirə məktəbə göstərdiyi diqqətə görə minnətdarlığını bildirib.

D.Həsənov məktəb direktoru ilə söhbət edib, təhsil ocağının qayğıları ilə maraqlanıb.

Səfir məktəb kollektivini və şagirdləri yeni tədris ili münasibətilə təbrik edib.

Son xəbərlər

Orphus sistemi