Azərbaycan səfiri fransalıları beynəlxalq hüquqa hörmət etməyə çağırıb

Azərbaycan səfiri fransalıları beynəlxalq hüquqa hörmət etməyə çağırıb “Erməni diasporunun qorxusundan bir sıra parlament üzvləri, şəhər merləri hətta səfirlə görüşməkdən belə imtina edirlər".
Xarici siyasət
6 Oktyabr , 2020 19:02
Azərbaycan səfiri fransalıları beynəlxalq hüquqa hörmət etməyə çağırıb
Rəhman Mustafayev

“Erməni diasporunun qorxusundan bir sıra parlament üzvləri, şəhər merləri hətta səfirlə görüşməkdən belə imtina edirlər".

“Report”un yerli bürosu bildirir ki, bunu Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev fransalı jurnalistlərlər üçün keçirilən brifinqdə bildirib. 

Onun sözlərinə görə, fransalıları beynəlxalq hüquq normalarına hörmət etməyə çağırıb. Səfir Fransanın Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı mübarizədə neytral mövqe tutmadığını bildirib: “Bu vaxta qədər Fransa balanslı mövqe tuturdu. Lakin bu gün Fransa prezidentinin mövqeyinin dəyişməsi bizi həddindən artıq təəccübləndirir. Bu mövqeyi ilə hansı məqsəd güddüyünü demək çətindir. Lakin bunda Fransadakı erməni lobbisinin təsiri aydın görünür".

R.Mustafayev Fransadakı bir sıra şəhər merləri və parlament üzvlərinin ayrı-seçkiliklə məşğul olduqlarını diqqətə çatdırıb: “Fransadakı bir sıra siyasi qruplar Fransa qanunlarına üstün gəlməyə cəhd göstərirlər. Beynəlxalq hüququn qanunlarına hörmət etmək Azərbaycanın sərhədlərinə sayğı deməkdir. Fransada isə bir sıra şəhər merləri separatçı əməllərlə məşğul olurlar". 

O, Türkiyənin Dağlıq Qarabağın erməni işğalından azad edilməsi məsələsində Azərbaycana mənəvi dəstək verdiyini vurğulayıb: “Türkiyə beynəlxalq hüquq qanunlarına ən çox hörmət edən ölkədir. Azərbaycanı dəstəkləyən ölkələr sırasında isə yalnız Türkiyə deyil, Pakistan, Əfqanıstan da var və daha bir çox dövlətlər Azərbaycanın tərəfində olduqlarını bildiriblər. Çünki hamı başa düşür ki, Azərbaycan beynəlxalq hüquq normaları daxilində fəaliyyət göstərir".

Səfir həmçinin Azərbaycan torpaqlarınının azad olunması uğrunda muzdluların döyüşdükləri barədə yayılan informasiyaları şayiə adlandırıb: “Azərbaycanın xaricdən gələn döyüşçülərə ehtiyacı yoxdur. Bizim Ordumuz torpaqlarımızı azad etməyə qadirdir. Azərbaycanın bu münaqişənin qurbanıdır. Bu gün işğalçı dövlət Ermənistandır. Əgər Ermənistan Azərbaycanın sərhədlərini, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını desə, Azərbaycan sülhə hazırdır. Azərbaycanın fəlsəfəsi qurmaq, yaratmaq fəlsəfəsidir. Azərbaycanda bütün xalqlar birgə sülh şəraitində yaşayır".

Eyni zamanda R.Mustafayev ATƏT-in Minsk qrupunun uzun illər Dağlıq Qarabağ münaqişəsinin həlli üçün fəaliyyətinin faydasızlığı, Ermənistanın baş naziri Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra Azərbaycana qarşı həyata keçirilən təxribat əməlləri, bu gün Azərbaycanın döyüş zonasından kənarda yerləşən şəhərlərinin hədəfə götürülərək yaşayış məntəqələrinin vurulması, bunun nəticəsindəki insan itkiləri və dağıntılar haqqında da ətraflı məlumat verib.
 

Son xəbərlər

Orphus sistemi