Azərbaycan səfiri etimadnaməsini Qətər əmirinin müavininə təqdim edib

Azərbaycan səfiri etimadnaməsini Qətər əmirinin müavininə təqdim edib Əmirin müavini yeni səfirə Qətərdəki diplomatik fəaliyyətində uğurlar diləyib
Xarici siyasət
13 Aprel , 2018 11:16
Azərbaycan səfiri etimadnaməsini Qətər əmirinin müavininə təqdim edib
The Peninsula Qatar

Bakı. 13 aprel. REPORT.AZ/ Azərbaycan səfiri Rəşad İsmayılov Əmiri Divan Kral Sarayında etimadnaməsini Qətər əmirinin müavini Şeyx Abdulla bin Həməd əl-Taniyə təqdim edib.

Bu barədə "Report" "The Peninsula Qatar"a istinadən xəbər verir.

Azərbaycan diplomatı qarşı tərəfə Prezident İlham Əliyevin salamlarını və ölkənin daha da inkişaf edib çiçəklənməsi ilə bağlı Qətər xalqına xoş arzularını çatdırıb.

Öz növbəsində, əmirin müavini yeni səfirə Qətərdəki diplomatik fəaliyyətində uğurlar diləyib.

Son xəbərlər

Orphus sistemi