Azərbaycan səfiri Əfqanıstanın iqtisadiyyat naziri əvəzi ilə ticarət və tranziti müzakirə edib

Azərbaycan səfiri Əfqanıstanın iqtisadiyyat naziri əvəzi ilə ticarət və tranziti müzakirə edib Azərbaycanın Əfqanıstandakı səfiri İlham Məmmədov bu ölkənin iqtisadiyyat naziri vəzifəsini icra edən Din Məhəmməd Həniflə görüşərək iki ölkə arasında iqtisadi, ticarət və tranzit əlaqələrinin genişləndirilməsi məsələlərini müzakirə edib.
Xarici siyasət
18 Sentyabr , 2024 02:36
Azərbaycan səfiri Əfqanıstanın iqtisadiyyat naziri əvəzi ilə ticarət və tranziti müzakirə edib

Azərbaycanın Əfqanıstandakı səfiri İlham Məmmədov bu ölkənin iqtisadiyyat naziri vəzifəsini icra edən Din Məhəmməd Həniflə görüşərək iki ölkə arasında iqtisadi, ticarət və tranzit əlaqələrinin genişləndirilməsi məsələlərini müzakirə edib.

“Report” xəbər verir ki, bu barədə ölkənin İqtisadiyyat Nazirliyi məlumat yayıb.

“İqtisadiyyat naziri vəzifəsini icra edən Din Məhəmməd Hənif Azərbaycanın Kabildəki səfiri İlham Məmmədovla görüşərək iki ölkə arasında iqtisadi, ticarət və tranzit əlaqələrinin genişləndirilməsini müzakirə edib”, – nazirliyin mətbuat xidməti diqqətə çatdırıb.

Qurumun məlumatında qeyd olunub ki, hər iki tərəf iqtisadi və ticarət əməkdaşlığın gücləndirilməsi üçün Əfqanıstan və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının vacibliyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi