Azərbaycan səfiri Dominikan prezidentinin andiçmə mərasiminə qatılıb

Azərbaycan səfiri Dominikan prezidentinin andiçmə mərasiminə qatılıb Azərbaycanın Kuba və Dominikandakı səfiri Ruslan Rzayev Dominikana yenidən prezident seçilən Luis Abinaderin andiçmə mərasiminə qatılıb.
Xarici siyasət
23 Avqust , 2024 11:29
Azərbaycan səfiri Dominikan prezidentinin andiçmə mərasiminə qatılıb

Azərbaycanın Kuba və Dominikandakı səfiri Ruslan Rzayev Dominikana yenidən prezident seçilən Luis Abinaderin andiçmə mərasiminə qatılıb.

Bu barədə “Report”un Türkiyə bürosuna Dominikanın Azərbaycan və Türkiyədəki səfiri Elvis Antonio Alam Lora məlumat verib.

Səfir Dominikan Xarici İşlər Nazirliyinə istinadla bildirib ki, dünyanın müxtəlif ölkələrindən olan liderlər yenidən prezident seçilən Luis Abinaderin andiçmə mərasimində iştirak etmək üçün Santo Dominqoya toplaşıblar.

"Dominikanın Müstəqilliyinin Bərpa Gününün 161-ci ildönümündə 87 dövlətin və 21 beynəlxalq təşkilatın rəhbərləri və yüksək vəzifəli şəxsləri arasında Azərbaycanın bu ölkədəki qeyri-rezident səfiri Ruslan Rzayev də olub. Onun mərasimdə Azərbaycan hökumətinin təmsilçisi və Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi kimi iştirakı bizi şərəflədirdi", - məlumatda qeyd olunub.

Qeyd edilib ki, dövlət, hökumət başçılarının və dost xalqların nümayəndələrinin tarixi iştirakı prezidentin beynəlxalq səviyyədə rəhbərliyinin və ölkənin dörd il ərzində göstərdiyi institusional möhkəmlənmənin əlamətidir.

Son xəbərlər

Orphus sistemi