Azərbaycan səfiri Belçika Senatının sədri ilə ikitərəfli əlaqələri müzakirə edib
Xarici siyasət
- 22 yanvar, 2025
- 00:04
Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğunda səfiri, Avropa İttifaqı yanında Nümayəndəliyinin rəhbəri Vaqif Sadıqov Belçika Senatının (parlamentin yuxarı palatası) rəhbəri Valeri De Byu ilə görüşdə Bakı və Brüssel arasında ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib.
“Report” xəbər verir ki, bu barədə azərbaycanlı diplomat “X” səhifəsində yazıb.
“Yanvarın 21-də Belçika Senatının sədri Valeri De Byu tərəfindən qəbul edilmək şərəfinə nail oldum. Belçika ilə Azərbaycan arasında federal və regional səviyyədə çoxprofilli əlaqələrlə bağlı bir çox məsələlər ətrafında maraqlı söhbətimiz oldu”, - diplomat qeyd edib.
Görüşdə həmçinin qlobal və regional gündəlikdəki aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Son xəbərlər
06:14
ABŞ ilin əvvəlindən etibarən təxminən 150 milyon barel Venesuela nefti satıb
Digər ölkələr05:44
Peruda prezident və parlament seçkilərində səsvermə başa çatıb
Digər ölkələr05:09
Xəzər dənizində zəlzələ baş verib
Hadisə04:54
Şimali Koreya qanadlı raketləri sınaqdan keçirib
Digər ölkələr04:17
Video
ABŞ Sakit okeanda narkotik daşıyan gəmiyə zərbə endirib
Digər ölkələr03:35
İran beş ərəb ölkəsindən müharibədə "ABŞ ilə əlbir olduqları üçün" təzminat tələb edib
Digər ölkələr03:11
Vens: ABŞ İrandakı məqsədlərinə çatıb
Digər ölkələr02:35
Aİ Macarıstanın yeni liderinə 35 milyard avroya çıxış üçün onlarla şərt irəli sürüb
Digər ölkələr02:08