Yuxarı
    Bağlamaq

    Azərbaycan səfiri BƏƏ-nin dövlət naziri ilə görüşüb

    Xanım Şeyxə Lübnə Əl Qasimi Dağlıq Qarabağ problemin sülh və danışıqlar yolu ilə həllinin zəruriliyini bildirib

    Bakı. 21 aprel. REPORT.AZ/ Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfiri Daşqın Şikarov bu ölkənin tolerantlıq üzrə dövlət naziri xanım Şeyxə Lübnə Əl Qasimi ilə görüş keçirib.

    Azərbaycanın BƏƏ-dəki səfirliyindən "Report"a verilən məlumata görə, görüşdə səfir D.Şikarov, Ermənistanın Azərbaycan torpaqlarını işğalı faktı, münaqişənin səbəbləri və nəticələri, həmçinin ermənilərin tarixin müxtəlif dövrlərində müsəlman olduqları üçün azərbaycanlılara qarşı törətdikləri soyqırımlar haqqında geniş bilgilər verib.

    Səfir həmçinin monoetnik Ermənistandan fərqli olaraq, Azərbaycanın dünyaya tolerant ölkə modeli kimi təqdim edildiyi və ölkəmizin tolerantlığa həsr edilmiş mötəbər beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrildiyini bildirib.

    BƏƏ dövlət naziri öz növbəsində Dubay əmiri Şeyx Məhəmməd bin Raşidin və Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi səfərlərinin uğurla keçdiklərini təsdiqləyərək, yüksək səviyyəli səfərlərin nisbətən aşağı səviyyədə səfər mübadilələri üçün yaxşı nümunə olduğunu söyləyib.

    Dövlət naziri qoşunların təmas xəttində baş vermiş hadisələrdən narahatlığını ifadə edərək, problemin sülh və danışıqlar yolu ilə həllinin zəruriliyini bildirib.

    Səfir D.Şikarov dövlət naziri Şeyxə Lübnə Əl Qasimini Azərbaycana səfərə dəvət edib. Dəvəti məmnuniyyətlə qəbul etdiyini bildirən Şeyxə Lübnə tezliklə Azərbaycana səfər edəcəyini vurğulayıb.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi