Azərbaycan səfiri Almaniya kansleri administrasiyasının şöbə müdiri ilə görüşüb

Azərbaycan səfiri Almaniya kansleri administrasiyasının şöbə müdiri ilə görüşüb Görüşdə Azərbaycan və Almaniya arasında ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
Xarici siyasət
23 Noyabr , 2016 14:06
Azərbaycan səfiri Almaniya kansleri administrasiyasının şöbə müdiri ilə görüşüb

Bakı. 23 noyabr. REPORT.AZ/ Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov Almaniya kanslerinin administrasiyasının Mərkəzi və Şərqi Avropa şöbəsinin müdiri Knut Abraham ilə görüşüb.

Bu barədə "Report" Azərbaycanın Berlindəki səfirliyinə istinadən məlumat verir.

Görüşdə Azərbaycan və Almaniya arasında ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri, eləcə də regional məsələlər müzakirə olunub.

Qeyd edək ki, R.Həsənov daha əvvəl "Deutsche Bank"ın Mərkəzi və Şərqi Avropa üzrə baş direktoru Piter Tils, diplomatik korpusun direktoru Bernhard Deppiş, eləcə də Almaniya Bundestaqının deputatı, Xarici İşlər Komitəsinin üzvü Karl-Georq Velman ilə görüşüb.

Son xəbərlər

Orphus sistemi