Azərbaycan Sankt-Peterburqda keçiriləcək IV Avrasiya Qadınlar Forumuna dəvət olunub

Azərbaycan Sankt-Peterburqda keçiriləcək IV Avrasiya Qadınlar Forumuna dəvət olunub Azərbaycan 2024-cü il sentyabrın 18-20-də Sankt-Peterburqda keçiriləcək IV Avrasiya Qadınlar Forumuna dəvət olunub.
Xarici siyasət
8 Dekabr , 2023 17:13
Azərbaycan Sankt-Peterburqda keçiriləcək IV Avrasiya Qadınlar Forumuna dəvət olunub

Azərbaycan 2024-cü il sentyabrın 18-20-də Sankt-Peterburqda keçiriləcək IV Avrasiya Qadınlar Forumuna dəvət olunub.

“Report” xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının sədrinin birinci müavini Andrey Yatskin Bakıda Azərbaycan Milli Məclisi ilə Rusiya Federasiya Şurası arasında ikitərəfli əməkdaşlıq üzrə parlamentlərarası komissiyanın 20-ci yubiley iclasında çıxışı zamanı məlumat verib.

“Avrasiya Qadınlar Forumu müasir cəmiyyətdə qadınların rolunun müzakirəsi üçün ən böyük nüfuzlu beynəlxalq platformadır. Birinci forum 2015-ci ildə baş tutub və qlobal xarakter daşıyıb. Biz dost Azərbaycanı növbəti, dördüncü foruma dəvət edirik”, - o bildirib.

Son xəbərlər

Orphus sistemi