Nazir müavini: "Azərbaycan-Rusiya sərhədinin demarkasiyası üzrə növbəti görüş oktyabrda keçiriləcək"

Nazir müavini: "Azərbaycan-Rusiya sərhədinin demarkasiyası üzrə növbəti görüş oktyabrda keçiriləcək" Azərbaycan-Rusiya sərhədinin demarkasiyası məsələsində heç bir problem yoxdur. Hər şey plan üzrə gedir.
Xarici siyasət
13 Sentyabr , 2019 10:45
Nazir müavini: Azərbaycan-Rusiya sərhədinin demarkasiyası üzrə növbəti görüş oktyabrda keçiriləcək

"Azərbaycan-Rusiya sərhədinin demarkasiyası məsələsində heç bir problem yoxdur. Hər şey plan üzrə gedir".

Bunu "Report"a Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov deyib.

Onun sözlərinə görə, Azərbaycan-Rusiya sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın növbəti görüşü oktyabr ayında keçiriləcək.

"Görüşlər arasında birbaşa sərhəd xəttində koordinatları, işarələrin quraşdırılmasını müəyyənləşdirmək üçün işlər aparılır. İlin əvvəlində Bakıda keçirilən iclasda bütün il üçün plan təsdiq etdik və bu plana əsasən işimizi yerinə yetiririk", - Azərbaycan XİN başçısının müavini vurğulayıb.

Qeyd edək ki, Rusiya-Azərbaycan sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın əvvəlki iclası bu il iyunun sonlarında Bakıda keçirilib.

Orphus sistemi