​Azərbaycan Riqa sammitinin qətnaməsini imzalamaqdan imtina edib

​Azərbaycan Riqa sammitinin qətnaməsini imzalamaqdan imtina edib Vesna Pusiç: "Sənəd ya bu gün bir az gec, ya da başqa sammitdə imzalanacaq"
Xarici siyasət
22 May , 2015 17:00
​Azərbaycan Riqa sammitinin qətnaməsini imzalamaqdan imtina edib

Bakı. 22 may. REPORT.AZ/ Azərbaycan Riqa sammitinin yekun qətnaməsini imzalamadığından sənəd hələ qəbul edilməyib.

"Report" "RBK-Ukraina"ya istinadən xəbər verir ki, bunu Xorvatiyanın xarici işlər naziri Vesna Pusiç bildirib.

Onun sözlərinə görə, qətnamə ya bu gün bir az gec, ya da artıq başqa sammitdə imzalanacaq.

Avroparlamentin başçısı Martin Şults məsələni şərh edərək məlumatı təsdiqləyib: "Danışıqlar ərzində Azərbaycan təmsilçiləri qətnamənin bu şəkildə qəbul olunmasına, o cümlədən sənədə yalnız Krımın ilhaqı məsələsinin salınması ilə razılaşmayıblar".

Mütəxəssislər Azərbaycan nümayəndə heyətinin etirazına münasibət bildirərkən bunun işğal altında olan Dağlıq Qarabağla əlaqədar olduğunu vurğulayıblar. Onların qənaətincə, rəsmi Bakının təmsilçiləri qətnamədə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktının da öz əksini tapmasını istəyirlər. 

Son xəbərlər

Orphus sistemi