Azərbaycan-Qazaxıstan sənədləri imzalanıb - YENİLƏNİB

Azərbaycan-Qazaxıstan sənədləri imzalanıb - YENİLƏNİB Aprelin 10-da Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Qazaxıstan sənədlərinin imzalanması mərasimi olub.
Xarici siyasət
10 Aprel , 2023 18:59
Azərbaycan-Qazaxıstan sənədləri imzalanıb - YENİLƏNİB
İlham Əliyev və Kasım-Jomart Tokayev

Aprelin 10-da Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Qazaxıstan sənədlərinin imzalanması mərasimi olub.

"Report" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Protokolu” və dövlət başçılarının birgə bəyanatını imzalayıblar.

“Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC ilə “Qazaxıstan Respublikası Prezidentinin Teleradiokompleksi” Qeyri-Kommersiya Səhmdar Cəmiyyəti arasında qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında Memorandum”u AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev və “Qazaxıstan Respublikası Prezidentinin Teleradiokompleksi” Qeyri-Kommersiya Səhmdar Cəmiyyətinin baş direktoru Rauşan Kajibayeva imzalayıblar.

“Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə Qazaxıstanın Tətbiqi Etnosiyasi Araşdırmalar İnstitutu arasında elmi və mədəni əməkdaşlıq haqqında Memorandum”u Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı səfiri Ağalar Atamoğlanov və Qazaxıstanın Tətbiqi Etnosiyasi Araşdırmalar İnstitutunun direktoru Talqat Kaliyev imzalayılbar.

“Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Qazaxıstanın Xarici Ticarət Palatası arasında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov və Qazaxıstanın Xarici Ticarət Palatasının İdarə Heyətinin sədri Ayan Yerenov imzalayıblar.

“Azərbaycan Milli Elmlər Akademiyası və Qazaxıstan Respublikasının Milli Elmlər Akademiyası arasında elm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli və “Qazaxıstan Respublikasının Milli Elmlər Akademiyası” Respublika İctimai Birliyinin prezidenti Murat Jurinov imzalayıblar.

“Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə Qazaxıstan Respublikasının “Otandastar Fondu” arasında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı səfiri Ağalar Atamoğlanov və Qazaxıstan Respublikasının “Otandastar Fondu”nun prezidenti Abzal Saparbekulı imzalayıblar.

“Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Qazaxıstan Respublikasının İnformasiya və İctimai İnkişaf Nazirliyi arasında anlaşma və əməkdaşlıq haqqında Memorandum”u Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov və Qazaxıstan Respublikasının informasiya və ictimai inkişaf naziri Darxan Kıdırali imzalayıblar.

15:35

Aprelin 10-da Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Qazaxıstan sənədlərinin imzalanması mərasimi olub.

"Report"un xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Son xəbərlər

Orphus sistemi