Azərbaycan Prezidentinin Rusiyaya işgüzar səfəri başlayıb

Xarici siyasət
  • 21 iyul, 2017
  • 16:05
Azərbaycan Prezidentinin Rusiyaya işgüzar səfəri başlayıb

Bakı. 21 iyul. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyulun 21-də Rusiya Federasiyasına işgüzar səfəri başlayıb.

"Report" xəbər verir ki, Soçinin Beynəlxalq Aeroportunda Azərbaycan Prezidenti İlham Əliyevi Rusiya Federasiyası Krasnodar vilayətinin qubernatoru Veniamin Kondratev və Soçi şəhərinin meri Anatoli Paxomov qarşılayıblar.