Azərbaycan Prezidentinin Macarıstana səfəri ilə bağlı kitab nəşr olunub

Azərbaycan Prezidentinin Macarıstana səfəri ilə bağlı kitab nəşr olunub Kitaba Azərbaycan dövlət başçısının səfəri ilə bağlı məqalə, informasiya və analitik xarakterli yazıları daxildir
Xarici siyasət
11 Fevral , 2015 13:35
Azərbaycan Prezidentinin Macarıstana səfəri ilə bağlı kitab nəşr olunub

Bakı. 11 fevral. REPORT.AZ/ Azərbaycanın Macarıstandakı səfirliyinin təşəbbüsü ilə "Macar mətbuatı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Budapeştə səfəri (10-11 noyabr 2014-cü il) haqqında" kitabı nəfis tərtibatda macar və rus dillərində nəşr edilib.

Bu barədə "Report"a Azərbaycanın Macarıstandakı səfirliyindən məlumat verilib.

150 səhifəlik kitaba macar qəzetlərinin, radio və televiziyasının, habelə internet resurslarının Azərbaycan dövlət başçısının səfəri ilə bağlı məqalə, informasiya və analitik xarakterli yazıları daxildir. Səfir Vilayət Quliyev kitaba müqəddimə yazıb. O, eyni zamanda kitabın çapına məsuldur. Tərtibçilər Zaur Paşayev və Eva Komandır. Materialları rus dilinə Eva Koman çevirib.

Kitaba eyni zamanda Prezident İlham Əliyevin səfəri çərçivəsində imzalanan sənədlər və Azərbaycan Prezidentinin Macarıstanın Milli Televiziyasına verdiyi geniş müsahibə da daxil edilib. Səfirliyin digər nəşrləri kimi bu kitab da ölkənin 150-yə yaxın kitabxanasına hədiyyə olunub. 

Son xəbərlər

Orphus sistemi