Yuxarı
    Bağlamaq

    Azərbaycan prezidentinin köməkçisi: "Venesiya Komissiyası siyasi sifarişi yerinə yetirib"

    Təəssüf ki, Azərbaycanda referendum məsələsi ilə bağlı Komissiyanın bütün prosedur qaydaları kobud şəkildə pozulub

    Bakı. 24 sentyabr. REPORT.AZ/ "Avropa Şurasına daxil olduqdan sonra Azərbaycan hökuməti hər zaman Venesiya Komissiyası ilə səmərəli əməkdaşlıq edib. Tərəflər ümumi dil tapıb və bir-birinin mövqeyinə hörmətlə yanaşıb". 

    "Report" xəbər verir ki, bu barədə TASS-a müsahibəsində Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Venesiya Komissiyasının Azərbaycan Konstitusiyasına dəyişiklik və əlavələrin edilməsi ilə bağlı tənqidi iradları haqqında məsələni şərh edərkən bildirib.

    "Təəssüf ki, Azərbaycanda referendum məsələsi ilə bağlı Komissiyanın bütün prosedur qaydaları kobud şəkildə pozulub. Məsələni ənənvi olaraq üç ay ərzində  nəzərdən keçirən komissiya bu dəfə, Azərbaycan tərəfinin eşidilmə hüququna məhəl qoymadan, tələsik olaraq və konspirativ şəkildə, iki həftə ərzində çox sayda kobud səhvləri olan rəyini hazırlayıb və açıqlayıb.

    Venesiya Komissiyası ilə əməkdaşlıq təcrübəsindən irəli gələrək, eləcə də onun fəaliyyət xarakterini nəzərə alaraq, əminliklə demək olar ki, bu struktur öz nüfuzunu saymayaraq, məcburi şəkildə siyasi sifarişi yerinə yetirib" - Ə.Həsənov bəyan edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi