Azərbaycan Prezidentinin köməkçisi Türkiyə rəsmisinə təşəkkür edib

Azərbaycan Prezidentinin köməkçisi Türkiyə rəsmisinə təşəkkür edib Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altuna İstanbulda keçirilən Beynəlxalq Strateji
Xarici siyasət
12 Dekabr , 2021 00:40
Azərbaycan Prezidentinin köməkçisi Türkiyə rəsmisinə təşəkkür edib
Hikmət Hacıyev

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altuna İstanbulda keçirilən Beynəlxalq Strateji Kommunikasiya - "Stratcom 21" Sammitində iştirak dəvətinə görə təşəkkür edib.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi özünün tviterdəki hesabında yazıb.

"Stratcom 21 Türkiye Zirvəsinə dəvətə görə təşəkkür edirəm.

“Mən 44 günlük müharibə zamanı Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ Qələbəsi və Strateji Kommunikasiyalar mövzusunda StratCom Sammitində çıxış etmək şərəfinə nail oldum”, - Hikmət Hacıyev sosial şəbəkədə yazıb.

Öz növbəsində Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun da Hikmət Hacıyevə tədbirdə iştiraka görə təşəkkür edib. Türkiyə rəsmisi qeyd edib ki ortaq keçmiş, ortaq gələcək şüarı ilə birlikdə olmaq Türkiyə üçün çox qiymətlidir.

Son xəbərlər

Orphus sistemi