Bakı. 29 noyabr. REPORT.AZ/ Bu gün Azərbaycan prezidenti İlham Əliyevin Belarusa rəsmi səfəri başa çatıb.
"Report" xəbər verir ki, Minskin Milli Aeroportunda İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Dövlət başçısını Belarusun yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola salıblar.