Azərbaycan Prezidenti tunisli həmkarını təbrik edib

Azərbaycan Prezidenti tunisli həmkarını təbrik edib Bakı. 19 mart. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tunis Respublikasının Prezidenti Beji Kaid əs-Sebsiyə təbrik məktubu ünvanlayıb.
Xarici siyasət
19 Mart , 2018 17:57
Azərbaycan Prezidenti tunisli həmkarını təbrik edib

Bakı. 19 mart. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tunis Respublikasının Prezidenti Beji Kaid əs-Sebsiyə təbrik məktubu ünvanlayıb.

 "Report"un məlumatına görə, təbrik mətnində deyilir: 

"Hörmətli cənab Prezident,

Tunis Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Ümidvaram ki, Azərbaycan ilə Tunis arasındakı münasibətlər bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Tunis xalqına əmin-amanlıq və rifah arzulayıram".

Son xəbərlər

Orphus sistemi