Yuxarı

Azərbaycan Prezidenti Tailandın Kralını təbrik edib

Dost Tailand xalqına əmin-amanlıq və firavanlıq arzulayıram

Bakı. 4 dekabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tailandın Kralı Əlahəzrət Bhumibol Adulyadejə təbrik məktubu göndərib. "Report"un məlumatına görə, təbrik mətnində deyilir:

"Əlahəzrət,

Ölkənizin milli bayramı – Təvəllüd gününüz münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Tailand xalqına əmin-amanlıq və firavanlıq arzulayıram".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi