Azərbaycan Prezidenti şri-lankalı həmkarına təbrik məktubu göndərib

Azərbaycan Prezidenti şri-lankalı həmkarına təbrik məktubu göndərib "Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Şri-Lanka xalqına əmin-amanlıq və rifah diləyirəm"
Xarici siyasət
3 Fevral , 2018 17:06
Azərbaycan Prezidenti şri-lankalı həmkarına təbrik məktubu göndərib

Bakı. 3 fevral. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Maytripala Sirisenaya təbrik məktubu göndərib. 

"Report" xəbər verir ki, məktubda deyilir: 

"Hörmətli cənab Prezident,

Şri-Lanka Demokratik Sosialist Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Şri-Lanka xalqına əmin-amanlıq və rifah diləyirəm".

Son xəbərlər

Orphus sistemi