​Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanı Krallığının mədəniyyət və informasiya nazirini qəbul edib

​Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanı Krallığının mədəniyyət və informasiya nazirini qəbul edib Dövlət başçısı Azərbaycan ilə Səudiyyə Ərəbistanını daim dəstəklədiklərini vurğulayıb
Xarici siyasət
27 Aprel , 2016 12:48
​Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanı Krallığının mədəniyyət və informasiya nazirini qəbul edib

Bakı. 27 aprel. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 27-də Səudiyyə Ərəbistanı Krallığının mədəniyyət və informasiya naziri Adel bin Zaid Əl Toraifini qəbul edib.

“Report”un xəbərinə görə, Səudiyyə Ərəbistanı Krallığının mədəniyyət və informasiya naziri Adel bin Zaid Əl Toraifi İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Səudun salamlarını və ən xoş arzularını dövlət başçısına çatdırıb. O, Kral Salman bin Əbdüləziz Əl Səudun tapşırığı ilə BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak etməsindən məmnun olduğunu deyib.

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanına bir il bundan əvvəlki rəsmi səfərini və səfər zamanı Kral Salman bin Əbdüləziz Əl Səudun ona və nümayəndə heyətinə göstərdiyi qonaqpərvərliyi məmnunluqla xatırladığını bildirib. Dövlət başçısı bu səfəri iki dost ölkə arasında güclü əlaqələrin göstəricisi kimi dəyərləndirdi. Prezident İlham Əliyev Azərbaycan ilə Səudiyyə Ərəbistanının yaxın dost və tərəfdaş ölkələr olduqlarını və bir-birlərini daim dəstəklədiklərini vurğulayıb. Dövlət başçısı Səudiyyə Ərəbistanı Krallığının BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda bu səviyyədə iştirakını tədbirə verilən önəmin və ölkəmizlə dostluq əlaqələrinin göstəricisi kimi qiymətləndirib.

Prezident İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Səudun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını və ən xoş arzularını Kral Salman bin Əbdüləziz Əl Səuda çatdırmağı xahiş edib.

Son xəbərlər

Orphus sistemi