Azərbaycan Prezidenti San-Marinonun Kapitan-Regentlərini təbrik edib

Azərbaycan Prezidenti San-Marinonun Kapitan-Regentlərini təbrik edib "Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost San-Marino xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm"
Xarici siyasət
2 Sentyabr , 2017 15:11
Azərbaycan Prezidenti San-Marinonun Kapitan-Regentlərini təbrik edib

Bakı. 2 sentyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev San-Marino Respublikasının Kapitan-Regentləri Zati-aliləri xanım Mimma Zavoliyə və xanım Vanessa D’Ambrosioya təbrik məktubu göndərib. 

"Report" xəbər verir ki, məktubda deyilir: 

"Zati-aliləri,

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost San-Marino xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Son xəbərlər

Orphus sistemi