​Azərbaycan prezidenti Rusiyanın müdafiə nazirini qəbul edib - YENİLƏNİB

​Azərbaycan prezidenti Rusiyanın müdafiə nazirini qəbul edib - YENİLƏNİB İlham Əliyev Sergey Şoyqu ilə görüşüb
Xarici siyasət
14 Avqust , 2016 20:50
​Azərbaycan prezidenti Rusiyanın müdafiə nazirini qəbul edib - YENİLƏNİB

Bakı. 14 avqust. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycana işgüzar səfərə gəlmiş Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqunu qəbul edib.

"Report"un məlumatına görə, dövlət  başçısı Rusiya prezidenti Vladimir Putinin Azərbaycana son səfərinin uğurla keçdiyini vurğulayaraq səfər zamanı Azərbaycan və Rusiya prezidentlərinin görüşündə əlaqələrimizin geniş spektrini əhatə edən sahələrlə bağlı müzakirələr aparıldığını, o cümlədən hərbi və hərbi-texniki əməkdaşlığın uğurla reallaşdığını bildirib. Prezident İlham Əliyev vurğulayıb ki, iki ölkənin dövlət başçılarının görüşü zamanı bildirilmişdi ki, Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin yüksək səviyyədə olması əlaqələrimizin müxtəlif sahələrini əhatə edən məsələlərin, həmçinin regional təhlükəsizlik məsələlərinin həllinə imkan verəcək. 

Azərbaycan prezidenti qeyd edib ki, bu yaxınlarda Rusiyada keçirilən ordu oyunlarında Azərbaycan komandasının ilk dəfə çıxış etməsini nəzərə alsaq nəticəni uğurlu hesab etmək olar. Dövlət başçısı Rusiya komandasının həmin oyunlarda qələbəsi münasibətilə təbriklərini çatdırıb. İlham Əliyev Rusiya müdafiə nazirinin Azərbaycana səfərinin hərbi və hərbi-texniki sahədə əməkdaşlığımızın perspektivləri ilə bağlı səmərəli müzakirələrin aparılması işinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu prezident Vladimir Putinin Azərbaycana səfərinin və səfər zamanı Azərbaycan prezidenti ilə keçirdiyi görüşlərin ikitərəfli münasibətlərin, o cümlədən hərbi və hərbi-texniki sahədə əməkdaşlığın genişlənməsi baxımından önəmini vurğulayıb. Sergey Şoyqu Azərbaycan Silahlı Qüvvələri nümayəndələrinin Rusiyada keçirilən hərbi oyunlarda iştirakını məmnunluqla qeyd edib.

***20:11

Prezident İlham Əliyev Azərbaycana işgüzar səfərə gəlmiş Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqunu qəbul edib.

Son xəbərlər

Orphus sistemi