Azərbaycan Prezidenti: “Qırğızıstanla əməkdaşlığı həm siyasi, həm də iqtisadi sahələrdə artırmaq niyyətindəyik”

Azərbaycan Prezidenti: “Qırğızıstanla əməkdaşlığı həm siyasi, həm də iqtisadi sahələrdə artırmaq niyyətindəyik” Bakı. 3 sentyabr. REPORT.AZ/ “Mən qardaş Qırğızıstana, belə gözəl diyara səfər etməkdən çox şadam. Siz dediyiniz kimi, İssık-Kul Qırğızıstanın mirvarisidir. Düşünürəm ki, bu məkan bütün dünya üçün əhəmiyyətlidir. Bu, qırğızları və bu gözəl yerə gələnlərin hamısını sevindirən nadir təbii abidədir”.
Xarici siyasət
3 Sentyabr , 2018 13:38
Azərbaycan Prezidenti: “Qırğızıstanla əməkdaşlığı həm siyasi, həm də iqtisadi sahələrdə artırmaq niyyətindəyik”

Bakı. 3 sentyabr. REPORT.AZ/ “Mən qardaş Qırğızıstana, belə gözəl diyara səfər etməkdən çox şadam. Siz dediyiniz kimi, İssık-Kul Qırğızıstanın mirvarisidir. Düşünürəm ki, bu məkan bütün dünya üçün əhəmiyyətlidir. Bu, qırğızları və bu gözəl yerə gələnlərin hamısını sevindirən nadir təbii abidədir”.

“Report” xəbər verir ki, bunu sentyabrın 3-də Çolpon-Ata şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov ilə görüşündə deyib.

O, S Jeenbekovu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Sammitinin təşkili münasibətilə təbrik edib: “Əminəm ki, bu, bizim birliyimizi, əməkdaşlığımızı təsdiq edən, həmçinin ikitərəfli münasibətlərimizi müzakirə etmək üçün yaxşı imkan yaradan əhəmiyyətli tədbirdir. Biz Qırğızıstanla əməkdaşlığa mühüm əhəmiyyət veririk. Əməkdaşlığı bütün istiqamətlər üzrə - həm siyasi, həm də iqtisadi sahələrdə artırmaq niyyətindəyik. Nəqliyyat sahəsində əməkdaşlıq üçün yaxşı perspektivlər açılır. Əminəm ki, bizim bugünkü görüşümüz gələcəkdə də uğurla inkişaf edəcək münasibətlərimizə yeni təkan verəcək. Bir daha qonaqpərvərliyə görə sağ olun”.

Son xəbərlər

Orphus sistemi