Azərbaycan Prezidenti Qazaxıstan prezidenti və Bəhreyn kralına təbrik məktubu göndərib

Azərbaycan Prezidenti Qazaxıstan prezidenti və Bəhreyn kralına təbrik məktubu göndərib Dövlət başçısı məktublarında Qazaxıstanın Müstəqillik, Bəhreynin isə Milli Gününü təbrik edir
Xarici siyasət
15 Dekabr , 2014 19:16
Azərbaycan Prezidenti Qazaxıstan prezidenti və Bəhreyn kralına təbrik məktubu göndərib

Bakı. 15 dekabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan prezidenti Nursultan Nazarbayevə təbrik məktubu göndərib. "Report"un məlumatına görə, məktubda deyilir: 

"Hörmətli Nursultan Abişeviç. Sizi və Sizin şəxsinizdə bütün qardaş Qazaxıstan xalqını milli bayramınız – Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm. 

Azərbaycan ilə Qazaxıstanı sıx qardaşlıq telləri, tarixən yaranmış dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq münasibətləri bağlayır. Bu gün Sizin rəhbərliyinizlə qardaş Qazaxıstan ölkənin dünya birliyində nüfuzunun möhkəmləndirilməsi yolunda inamla irəliləyir. Bu yaxınlardakı görüşlərimizi və söhbətlərimizi yüksək qiymətləndirir və böyük səmimiyyətlə xatırlayıram.

Əminəm ki, Azərbaycan ilə Qazaxıstan arasında ənənəvi dostluq münasibətlərinin hərtərəfli inkişaf etməsi və möhkəmlənməsi, çoxplanlı qarşılıqlı əlaqələr və qarşılıqlı dəstək bundan sonra da xalqlarımızın və ölkələrimizin mənafeyinə xidmət edəcəkdir.

Hörmətli Nursultan Abişeviç, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, uğurlar və firavanlıq, qardaş Qazaxıstan xalqına isə sülh və tərəqqi arzulayıram.

Bundan əlavə, dövlət başçısı Bəhreynin kralı əlahəzrət şeyx Həməd bin İsa Al Xəlifəyə də təbrik məktubu göndərib. Məktubda deyilir:  

"Əlahəzrət, Bəhreyn Krallığının Milli Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan-Bəhreyn münasibətləri xalqlarımızın iradəsinə uyğun olaraq daim dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Bəhreyn xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Son xəbərlər

Orphus sistemi