Yuxarı

​Azərbaycan Prezidenti Qaz İxrac edən Ölkələrin Forumunun baş katibini qəbul edib

Prezident İlham Əliyev hazırda təbii qazın müxtəlif marşrutlarla nəqlinin uğurla həyata keçirildiyini vurğulayıb

Bakı. 29 noyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qaz İxrac edən Ölkələrin Forumunun baş katibi Seyid Məhəmməd Hüseyn Adelini qəbul edib. “Report”un xəbərinə görə, baş katib Seyid Məhəmməd Hüseyn Adeli rəhbərlik etdiyi təşkilat barədə dövlət başçısına məlumat verib. O, Qaz İxrac edən Ölkələrin Forumuna üzv olan 17 dövlətin Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu deyib. Azərbaycanın bu sahədə böyük potensiala malik olduğunu vurğulayan Seyid Məhəmməd Hüseyn Adeli qlobal qaz bazarında ölkənin mühüm rol oynayacağına əminliyini bildirib.

Azərbaycanın böyük qaz ehtiyatlarına malik olduğunu deyən Prezident İlham Əliyev hazırda təbii qazın müxtəlif marşrutlarla nəqlinin uğurla həyata keçirildiyini vurğulayıb. Dövlət başçısı Qaz İxrac edən Ölkələrin Forumu ilə əməkdaşlığın təşkilata üzv olan ölkələrlə ikitərəfli əlaqələrin inkişafına da xidmət edəcəyinə əminliyini ifadə edib.

Görüşdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi