Azərbaycan Prezidenti portuqaliyalı həmkarını təbrik edib

Azərbaycan Prezidenti portuqaliyalı həmkarını təbrik edib "Dost Portuqaliya xalqına daim əmin-amanlıq və rifah diləyirəm”
Xarici siyasət
9 İyun , 2016 18:50
Azərbaycan Prezidenti portuqaliyalı həmkarını təbrik edib

Bakı. 9 iyun. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Portuqaliya Respublikasının prezidenti Marselo Rebelo de Susaya təbrik məktubu göndərib.

“Report”un məlumatına görə, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Portuqaliya günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Portuqaliya xalqına daim əmin-amanlıq və rifah diləyirəm”.

Son xəbərlər

Orphus sistemi