Yuxarı
    Bağlamaq

    Azərbaycan Prezidenti polşalı həmkarını təbrik edib

    Məktub Polşa Respublikasının milli bayramı – Konstitusiya Günü münasibətilə göndərilib© Azertag.az

    Bakı. 2 may. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Polşa Respublikasının Prezidenti Andjey Dudaya təbrik məktubu ünvanlayıb. 

    "Report"un məlumatına görə, mətndə deyilir:  

    "Hörmətli cənab Prezident,

    Polşa Respublikasının milli bayramı – Konstitusiya Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

    Azərbaycan-Polşa münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Strateji tərəfdaş olan ölkələrimiz arasında müxtəlif sahələrdə münasibətlərin genişləndirilməsi üçün böyük imkanlar mövcuddur.

    Ümidvaram ki, dostluq əlaqələrimizin daim möhkəmləndirilməsi, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın daha da dərinləşdirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

    Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Polşa xalqına daim sülh və rifah diləyirəm".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi