Azərbaycan Prezidenti Perunun dövlət başçısına təbrik məktubu göndərib

Azərbaycan Prezidenti Perunun dövlət başçısına təbrik məktubu göndərib "Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Peru xalqına sülh və rifah diləyirəm"
Xarici siyasət
27 İyul , 2015 18:43
Azərbaycan Prezidenti Perunun dövlət başçısına təbrik məktubu göndərib

Bakı. 27 iyul. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Peru Respublikasının Prezidenti Olyanta Umala Tassoya təbrik məktubu göndərib. "Report"un məlumatına görə, təbrik mətnində deyilir: 

"Hörmətli cənab Prezident,

Peru Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından təbriklərimi yetirirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Peru xalqına sülh və rifah diləyirəm".

Son xəbərlər

Orphus sistemi