Azərbaycan Prezidenti perulu həmkarını təbrik edib

Azərbaycan Prezidenti perulu həmkarını təbrik edib Bakı. 27 iyul. REPORT.AZ/ Prezident İlham Əliyev Peru Respublikasının Prezidenti Martin Vizkarra Kornexoya təbrik məktubu ünvanlayıb.
Xarici siyasət
27 İyul , 2018 18:02
Azərbaycan Prezidenti perulu həmkarını təbrik edib

Bakı. 27 iyul. REPORT.AZ/ Prezident İlham Əliyev Peru Respublikasının Prezidenti Martin Vizkarra Kornexoya təbrik məktubu ünvanlayıb.

“Report”un xəbərinə görə, təbrik mətnində deyilir:

“Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Peru arasındakı münasibətlər dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Peru xalqına sülh və tərəqqi diləyirəm”.

Son xəbərlər

Orphus sistemi