Yuxarı

Azərbaycan Prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin latviyalı və misirli həmsədrlərini qəbul edib

Görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin keçirdiyi Qlobal Bakı Forumunun beynəlxalq əhəmiyyətindən danışılıb

Bakı. 8 mart. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri, Latviyanın keçmiş prezidenti xanım Vayra Vike-Freyberqanı və Misirin İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldini qəbul edib.

"Report" xəbər verir ki, görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin keçirdiyi Qlobal Bakı Forumunun beynəlxalq əhəmiyyətindən danışılıb. Forumun ənənəvi olaraq hər il yüksək səviyyədə təşkil edildiyi bildirilib. Qlobal Bakı Forumunun ildən-ilə genişləndiyi və tədbirə marağın getdikcə daha da artdığı vurğulanıb.

Söhbət zamanı qonaqlar qeyd ediblər ki, Forumun uğur qazanması Prezident İlham Əliyevin nüfuzu, uzaqgörənliyi və dəstəyi sayəsində mümkün olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi