Bakı. 18 fevral. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisiyə başsağlığı verib. "Report"un məlumatına görə, başsağlığı mətnində deyilir:
"Hörmətli cənab Prezident,
Birləşmiş Millətlər Təşkilatının VI baş katibi, görkəmli siyasi xadim Butros Butros-Qalinin vəfatı xəbərini kədər hissi ilə qarşıladım.
Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və bütün Misir xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".