Yuxarı

Azərbaycan Prezidenti Misirə rəsmi səfərə gedəcək

Nazir: Azərbaycan və Misir arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində sıx dostluq əlaqələri mövcuddur

Qahirə. 29 mart. REPORT.AZ/ Yaxın zamanda Azərbaycan Prezidenti İlham Əliyevin Misirə rəsmi səfəri gözlənilir.

"Report" xəbər verir ki, bu barədə Misirin ali təhsil naziri Əşrəf Əş-Şiha bu ölkədə səfərdə olan azərbaycanlı jurnalistlərə bildirib. 

Onun sözlərinə görə, İ.Əliyevin səfəri Misir prezidenti Əbdül Fəttah əs-Sisinin dəvəti ilə baş tutacaq. 

"Səfər zamanı ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunacaq", - nazir qeyd edib. 

O vurğulayıb ki, Azərbaycan və Misir arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində sıx dostluq əlaqələri mövcuddur. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi