Yuxarı
    Bağlamaq

    Azərbaycan Prezidenti milli bayram münasibətilə serbiyalı həmkarını təbrik edib

    Prezident İlham Əliyev bu bayram günündə Serbiya dövlətinin başçısına ən xoş arzularını yetirib, dost Serbiya xalqına sülh və rifah diləyib

    Bakı. 14 fevral. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Serbiya Respublikasının milli bayramı münasibətilə bu ölkənin Prezidenti Tomislav Nikoliçə təbrik məktubu göndərib.

    "Report" xəbər verir ki, məktubda dövlət başçısı ölkələrimiz arasındakı dostluq münasibətlərinin, qarşılıqlı etimad və dəstəyə əsaslanan əməkdaşlığımızın xalqlarımızın mənafeləri naminə bundan sonra da inkişaf edəcəyinə və genişlənəcəyinə ümidvar olduğunu bildirir.

    Prezident İlham Əliyev bu bayram günündə Serbiya dövlətinin başçısına ən xoş arzularını yetirib, dost Serbiya xalqına sülh və rifah diləyib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi