Yuxarı

Bu gün MDB ölkələri dövlət başçılarının iclası keçiriləcək

Azərbaycan Prezidenti MDB-nin iclasında iştirak edəcək

Bakı. 16 sentyabr. REPORT.AZ/ "Azərbaycan Prezidenti İlham Əliyev MDB ölkələrinin dövlət başçılarının bu gün Bişkekdə keçiriləcək iclasında iştirak edəcək".

"Report" xəbər verir ki, bunu Qırğızıstanın Xarici İşlər Nazirliyinin İnteqrasiya Birlikləri Departamentinin direktoru Bolotbek Mukaşyev bildirib.

"Əksər prezidentlərin iştirakı gözlənilir. Biz Azərbaycan, Rusiya, Qazaxıstan, Tacikistan, Belarus və Ermənistan prezidentlərindən rəsmi təsdiq almışıq. Hazırda Özbəkistandan təsdiq gözləyirik. Moldovadan baş nazir, Ukraynadan səfir, Türkmənistandan isə Nazirlər Kabinetinin sədr müavininin iştirakı gözlənilir", - deyə xarici siyasət idarəsinin nümayəndəsi bildirib.

İclasda dövlət başçılarının bir sıra bəyanatlar verəcəyi, proqram qəbul edəcəyi və MDB-nin mədəniyyət paytaxtını elan edəcəkləri planlaşdırılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi