Azərbaycan Prezidenti Malta dövlət başçısını təbrik edib

Azərbaycan Prezidenti Malta dövlət başçısını təbrik edib Məktub Malta Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə göndərilib
Xarici siyasət
20 Sentyabr , 2017 18:36
Azərbaycan Prezidenti Malta dövlət başçısını təbrik edib

Bakı. 20 sentyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Malta Respublikasının Prezidenti xanım Mari-Luiz Koleyro Prekaya təbrik məktubu ünvanlayıb. 

"Report"un məlumatına görə, təbrik mətnində deyilir: 

"Hörmətli xanım Prezident,

Malta Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan-Malta münasibətləri bundan sonra da dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Malta xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

Son xəbərlər

Orphus sistemi