Yuxarı
    Bağlamaq

    Azərbaycan Prezidenti Lüksemburqun böyük hersoqunu təbrik edib

    Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm

    Bakı. 22 iyun. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Lüksemburqun böyük hersoqu Anriyə təbrik məktubu ünvanlayıb.

    "Report"un məlumatına görə, təbrikdə deyilir: 

    "Ölkənizin milli bayramı – Böyük Hersoqun təvəllüd günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

    Belə bir bayram günündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Lüksemburq xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi